Bank Of Baku

Maliyyə nazirinin müavini: İlin sonunda inflyasiyanın səviyyəsi proqnozlaşdırılan rəqəmlərdən çox fərqlənməyəcək

Maliyyə nazirinin müavini: İlin sonunda inflyasiyanın səviyyəsi proqnozlaşdırılan rəqəmlərdən çox fərqlənməyəcək
# 21 iyun 2019 12:02 (UTC +04:00)

“İnflyasiyanın nəzarət altında saxlanılması çox vacibdir. Bu günə qədər hökumətin həyata keçirdiyi siyasət buna imkan yaradıb”.

APA-nın məlumatına görə, bunu bu gün Maliyyə nazirinin müavini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsinin müzakirəsi zamanı Azər Bayramov bildirib.

A. Bayramov deyib ki, növbəti 2-3 ayda da bu prosesin nəzarət altında saxlanılacağına ümid edirlər: “İlin axırına qədər inflyasiya göstəriciləri proqnozlaşdırılan rəqəmlərdən çox fərqli olmayacaq. Digər tərəfdən, Neft Fondu və digər mənbələrdən əlavə böyük transefertlər tələb olunmur. Bu gün təqdim olunan iqtisadi paket 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilir”.

Qanun layihəsi parlamentin növbədənkənar sessiyasının iclasına tövsiyə edilib.

Qeyd edək ki, 2019-cu il büdcəsinə dəyişiklik təklifi Prezidentin müvafiq sərəncamları ilə hərbçilərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, bəzi dövlət qurumlarının əməkdaşlarının, diaqnostikadan keçmiş müəllimlərin əmək haqqının artırılması ilə bağlıdır.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının proqnozlarına əsasən, 2019-cu ildə ölkədə inflyasiyanın səviyyəsi 4% (±2) təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR