Bank Of Baku

Mərkəzi Bank “PashaPay”ə məcburi göstəriş verib

Mərkəzi Bank “PashaPay”ə məcburi göstəriş verib
# 12 fevral 2025 15:10 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) “PashaPay” MMC-yə məcburi göstəriş verib.

Bu barədə “APA-Economics” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında (ƏL/TMM) qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən, “PashaPay” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR