Azərbaycan Mərkəzi Bankı (AMB) “Odlar Yurdu Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanı ləğv edilib.
Bu barədə “APA-Economics”ə AMB-dən bildirilib.
Məlumata görə, sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 09 aprel 2025-ci il tarixli qərarı ilə “Odlar Yurdu Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 05 noyabr 2014-cü il tarixli, 080624 nömrəli lisenziya ləğv edilib.