İqtisadi artıma və biznesə vergi güzəştləri davam etdirilir.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, iqtisadi artıma və biznesə vergi siyasətinin dəstəyi kifayət qədər yüksəkdir: “Ələt İqtisadi Zonası, işğaldan azad olunmuş ərazilər, sənaye və texnologiya parkları, dövlət-özəl tərəfdaşlığı layihələri, kənd təsərrüfatı sektoru və s. bu kimi istiqamətlərdə çoxsaylı vergi güzəştləri qüvvədədir. Növbəti büdcə paketində isə təkcə iki böyük güzəşt istiqamətini göstərmək kifayətdir. Bunlar Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı çərçivəsində vergi və sosial sığorta güzəştlərinin tətbiqi və ƏDV məqsədləri üçün qeydiyyat həddinin 200 min manatdan 400 min manatadək artırılmasıdır”.