Naxçıvan şəhərində yerləşən iki otelin sahibi dəyişib.
"APA-Economics" xəbər verir ki, "Nəqşicahan Group"a məxsus olan "Saat Meydanı" ("Saat Meydanı" oteli) MMC və "Otel Qrand Naxçıvan" MMC "Naxçıvan Otellər Qrupu" MMC-yə qoşulduğunu elan edib.
Qeyd edilib ki, "Naxçıvan Otellər Qrupu" "Nəqşicahan Group"a məxsus olan hər iki otelin hüquqi varisidir.
Xatırladaq ki, "Naxçıvan Otellər Qrupu"nun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Elgün Məmməd oğlu Məmmədovdur.