Bank Of Baku

Ötən ay Azərbaycanda əcnəbilərin bank kartı ilə əməliyyatlarının həcmi 6% azalıb

Ötən ay Azərbaycanda əcnəbilərin bank kartı ilə əməliyyatlarının həcmi 6% azalıb
# 24 iyun 2023 13:03 (UTC +04:00)

2023-cü ilin yanvar-may aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 851,3 milyon manat, yalnız may ayında isə 173,4 milyon manat dəyərində əməliyyat aparılıb.

Bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”na istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-may ayları ilə müqayisədə 2.2% və ya 19.1 milyon manat, 2022-ci ilin may ayı ilə müqayisədə isə 5.8% və ya 10.7 milyon manat azalıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 870.4 milyon manat, yalnız may ayında isə 184.1 milyon manat dəyərində əməliyyat aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR