Bank Of Baku

Palata: ETSN nadir fauna növlərinin artırılması ilə bağlı büdcədən artıq vəsait alıb

Palata: ETSN nadir fauna növlərinin artırılması ilə bağlı büdcədən artıq vəsait alıb
# 24 iyun 2023 11:52 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) nadir və endemik fauna növlərinin artırılması və mühafizəsi ilə bağlı dövlət büdcəsindən artıq vəsait alsa da, bununla bağlı icra vəziyyəti həm proqnozdan, həm də 2021-ci ilin göstəricisindən az olub.

"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının (HP) audit rəyində bildirilib.

Palata qeyd edib ki, "nadir və endemik fauna növlərinin populyasiyasının və mühafizəsinin təmin edilməsi” bölməsi çərçivəsində Su bioloji resurslarının artırılması və mühafizəsi” üzrə 2022-ci ildə 1294,9 min manat və ya 2021-ci ilin faktiki icrası ilə müqayisədə 76,4 min manat çox vəsait xərclənib. Bununla belə, “Buraxılmış qızıl balıq körpələrinin sayı” 55 min ədəd olmaqla 2021-ci ilin faktiki göstəricisindən 25 min ədəd az, “Buraxılmış çəkikimilər balıq növünün körpələrinin sayı” 3 milyon 812 min 600 ədəd olmaqla, həm proqnozdan (95,3% icra), həm də 2021-ci ilin müvafiq göstəricisindən 2441180 ədəd az olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR