Bank Of Baku

Parlament avtomobillərin utilizasiyası ilə bağlı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib

Parlament avtomobillərin utilizasiyası ilə bağlı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib
# 24 iyun 2023 11:13 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

APA xəbər verir ki, dəyişikliklərdə, Azərbaycanda istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobilləri üçün utilizasiya haqqının müəyyənləşdirilməsi, köhnə avtomobillərin utilizasiyası fondunun yaradılması, köhnə avtomobilləri utilizasiyaya verən şəxslərə yeni avtomobil alan zaman güzəşt tətbiq edilməsi, avtomobillərin utilizasiyaya verilməsi prosedurunun müəyyənləşdirilməsi, avtomobillərin utilizatorlarının reyestrinin aparılması və s. nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul ediləcəyi halda bu müddəalar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR