Bank Of Baku

“Qala Sığorta”nın Direktorlar Şurasının üzvü şirkətdən ayrılıb

“Qala Sığorta”nın Direktorlar Şurasının üzvü şirkətdən ayrılıb
# 17 oktyabr 2023 10:57 (UTC +04:00)

“Qala Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) üzvü Şamil Hüseynov şirkətdən ayrılıb.

"APA-Economics" bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Bununla da, sığorta şirkətinin Direktorlar Şurasının tərkibi 4 nəfərdən ibarət olub. Hazırda DŞ-nin sədri Kamal İbrahimov, sədr müavini Aydın Rəhmanov, DŞ-nin üzvü Aynur Bayraml və müstəqil üzv Elxan Gülməmmədovdur.

Qeyd edək ki, Şamil Hüseynov 2021-ci ildə “Qala Sığorta”nın Direktorlar Şurasının üzvü seçilib. Buna qədər isə "Atəşgah Həyat”ın Direktorlar Şurasının üzvü olub.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis-Azərbaycan" şirkətinin bazasında 2015-ci ildə yaradılıb. Onun səhmlərinin 100%-i “AzRe Təkrar Sığorta” şirkətinə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR