Bank Of Baku

Qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 2 dəfə artıb

Qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 2 dəfə artıb
# 19 noyabr 2025 13:19 (UTC +04:00)

2019-cu ildən qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 2 dəfəyə yaxın artaraq 1 milyonu ötüb.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, əmək haqqı islahatı əmək bazarında böyük şəffaflaşma effekti yaradıb: “Qeyri-neft-qaz özəl sektorda 8000 manatadək əmək haqlarının gəlir vergisindən azad olunması nəticəsində 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 481,4 min artaraq 1 milyonu ötüb, sektorun cəmi əmək müqavilələrində payı 38,5%-dən 54,2%-ə yüksəlib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR