2022-ci ilin yanvar-sentyabr aylarında "SOCAR Polymer" MMC-nin ixrac gəlirləri 146,3 milyon dollar təşkil edib.
"APA-Economics" “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15,1% və ya 26,1 milyon dollar azdır.
Belə ki, MMC 2021-ci ilin doqquz ayında 172,4 milyon dollarlıq məhsul ixrac etmişdi.