2020-ci il ilə müqayisədə 2022-ci ildə sosial müavinətlərin maliyyələşdirilməsi üzrə xərc edilmiş vəsaitin həcmi 31,4% (189983,1 min manat) artıma sahib olub.
"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi jurnalı"nda bildirilib.
Qeyd edək ki, orta hesabla bir nəfərə düşən sosial müavinət məbləği 2020-ci ildə 101,7 manat olduğu halda, 2022-ci ildə 34,2% artaraq 136,5 manat olub.
Müavinətlərin maliyyələşdirilməsi üçün xərc edilmiş vəsaitin həcmində artımın olması müvafiq qanunvericilik aktlarında edilmiş dəyişikliyə əsasən həm aylıq, həm də birdəfəlik müavinət məbləğlərinin artımı hesabına baş verib.