2026-cı il oktyabrın 31-nə Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard 550,6 milyon ABŞ dolları təşkil edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artıb.
İlin əvvəli ilə müqayisədə isə ölkənin strateji valyuta ehtiyatları 9,7% artıb.