Bank Of Baku

Trading Economics: Bu il Azərbaycanda inflyasiya 4%-dən yuxarı olacaq

Trading Economics: Bu il Azərbaycanda inflyasiya 4%-dən yuxarı olacaq
# 06 yanvar 2025 14:58 (UTC +04:00)

Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” 2025-ci il üzrə Azərbaycanın inflyasiya proqnozunu yeniləyib.

"APA-Economics" xəbər verir ki, portal 2025-ci il üzrə Azərbaycanda inflyasiyanı 4-4,5% civarında müəyyənləşdirib.

“Trading Economics” hesab edir ki, bu ilin I rübündə ölkə üzrə inflyasiya 4,5% təşkil edəcək. II rübdə inflyasiya 4,2%-ə, III rübdə 4%-ə qədər azalacaq, IV rübdə isə yenidən 4,2%-ə yüksələcək.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 4,4% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR