Bank Of Baku

“Umico” fəaliyyətini davam etdirir

“Umico” fəaliyyətini davam etdirir
# 23 iyun 2023 14:47 (UTC +04:00)

Son günlər mətbuatda “Umico” brendinin fəaliyyətini dayandırılmasına dair xəbərlər yayılıb.

PAŞA Holding-dən "APA-Economics"ə daxil olan rəsmi bəyanata əsasən, bu məlumatlar həqiqəti əks etdirmir.

Belə ki, həqiqətən də “Competo” MMC ilə paralel olaraq “UMİCO” MMC və “UMİCO OVERSEAS” MMC adlı iki məhdud məsuliyyətli cəmiyyət yaradılıb. Hazırda bu MMC-lərin heç bir fəaliyyətlərinin olmadığı üçün onların bağlanması qərarı verilib.

“Sözügedən MMC şirkətlərinin Competo-nun məhsulu olan Umico ilə heç bir əlaqəsi yoxdur. Həm “Competo” şirkəti, həm də onun Umico məhsulu fəaliyyətini davam etdirirlər” – PAŞA Holding-in mətbuat katibliyi bildirib.

Qeyd edək ki, “Umico” brendinin əmtəə nişanı “Competo” MMC-yə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR