Bank Of Baku

“Albalı Plus” kuboku uğrunda çemionat yekunlaşır

“Albalı Plus”  kuboku uğrunda çemionat  yekunlaşır
# 01 avqust 2014 12:33 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev –  APA-Economics.“Unibank”ın  “Albalı Plus” kuboku uğrunda  futbol çempionatı başa çatmaqdadır. Bu günlərdə Kubokun sahibləri məlum olacaq.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bank əməkdaşlarının və 10-dan artıq partnyor komandanın qatıldığı həyəcan dolu oyunlarda, 30-dan çox komanda  “Albali Plus”Kuboku uğrunda  gərgin mübarizə aparıb.

 

Avqustun 3-də Abu Arena İdman Kompleksində keçirilən  final oyunlarında qalib komandalar müəyyənləşəcək. Partnyor şirkətlərin və müştərilərin də qatılacağı kubok qaliblərinin təntənəli mükafatlandırılması mərasiminin iştirakçılarını  sürprizlər gözləyir.

 

“Albalı Plus” kuboku uğrunda  futbol çempionatında  10-dan artıq şirkətin komandası iştirak edib.  Çempionat olimpiya sistemi, yəni uduzan çıxdı qaydası ilə keçirilib. Oyunlar AFFA hakimləri tərəfindən idarə olunur. Qalib gələn komandaları  kubok  və  medallarla yanaşı, pul mükafatı gözləyir.  Çempionatın ən çox qol vurmuş oyunçusuna və ən yaxşı qapıçısına da xüsusi hədiyyə təqdim olunacaq.

 

Qeyd edək ki, avqustun 3-də saat 19.00-da final oyunlarına start veriləcək. Çempionat başa çatdıqdan sonra qalib komandaların möhtəşəm mükafatlandırma mərasimi keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR