Bakı. Pərviz Nuriyev – APA-Economics. “Azərbaycan Beynəlxalq Bankı” və “Türk Eximbank” (Türkiye İhracat Kredi Bankası A.Ş.) arasında 15 mln. ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.
ABB-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, müqavilə Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsini, ticarət əqdlərinin və Türkiyə mənşəli mal və xidmətlərin maliyyələşdirilməsini nəzərdə tutur.
Müqavilə çərçivəsində cəlb olunan vəsait “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən Türkiyədən mal idxal edən Azərbaycan şirkətlərinə orta və uzunmüddətli kreditlər şəklində verilməklə, onlara maliyyə dəstəyi göstəriləcək.