Bank Of Baku

“Bank Nikoil” məcmu kapitalını artırıb

“Bank Nikoil” məcmu kapitalını artırıb
# 16 iyul 2014 13:27 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin II rübündə “Bank Nikoil”in aktivlərinin həcmi 311,902 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,44% çoxdur.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin eyni dövründə bankın kredit portfeli 26% artaraq 244,764 mln. manat olub.

 

Hesabat dövründə istehlak kreditlərinin həcmi 81,523 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 27,04% azdır.

 

Bu ilin 6 ayında bankda vaxtı keçmiş kreditlərin həcmi 42,553 mln. manat olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2% azdır.

 

Bankın ipoteka kreditlərinin həcmi bu ilin iyul ayının 1-nə 27,888 mln. manat olub ki, bu da keçən ilin analoji dövründəkindən 95% çoxdur və kreditlərin 23,281 mln. (83,48%)  manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin müvafiq dövründə bankın depozit portfeli 40,54% artaraq 171,890 mln. manat təşkil edib. Hesabat dövründə əhalinin əmanətlərinin həcmi isə 144,328 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 38,04% çoxdur.

 

Bir il ərzində bankın məcmu kapitalı 82,82% artaraq 58,431 mln. manata, nizamnamə kapitalı isə 53,3% artaraq 34,5 mln. manata çatıb.

 

Bu il iyulun 1-nə bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 35,3% artaraq 22,784 mln. manat, xərcləri isə 66,36% artaraq 26,422 mln. manat olub.

 

Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 2 mln. 379,94 min manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 19 filialı, 29 bankomatı, 307 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR