Bank Of Baku

“Bank Standard”ın aktivlərinin həcmi 23% artıb

“Bank Standard”ın aktivlərinin həcmi 23% artıb
# 21 iyul 2014 14:50 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin II rübündə “Bank Standard”ın aktivlərinin həcmi 1 mlrd. 112,942 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23,33% çoxdur.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə hesabat dövründə bankın kredit portfeli 16,87% artaraq 780,683 mln. manat olub.

 

Hesabat dövründə istehlak kreditlərinin həcmi 110,844 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 3,3% çoxdur.

 

Bu ilin 6 ayında bankın ipoteka kreditlərinin həcmi 49,575 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 18,18% çoxdur və kreditlərin 39,364 mln. manatı (79,40%)  ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin eyni dövründə bankın depozit portfeli 21,8% artaraq 738,800 mln. manata yüksəlib. Əhalinin əmanətlərinin həcmi isə 596,655 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 14,61% çoxdur.

 

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 75 mln. manat təşkil edib.

 

Bu ilin 6 ayında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 8,65% artaraq 46,863 mln. manat, xərcləri isə 4,99% artaraq 47,605 mln. manata çatıb.

 

Hazırda bankın ölkə üzrə 13 filialı, 146 bankomatı, 1640 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR