Bank Of Baku

“Bank Technique” ASC filiallarının sayını azaldıb

“Bank Technique” ASC filiallarının sayını azaldıb
# 30 iyul 2014 12:37 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 2014-cü ilin II rübündə “Bank Technique”in aktivlərinin həcmi 580,790 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,57% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin eyni dövründə bankın kredit portfeli 52,1% artaraq 438,779 mln. manat olub.

 

Bu ilin 6 ayında istehlak kreditlərinin həcmi 128,753 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 101,2% çoxdur.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin I yarısında bankın avtomobil kreditlərinin həcmi 90,03% artaraq 11,927 mln. manat olub.

 

Bankın ipoteka kreditlərinin həcmi bu ilin iyulin 1-nə 84,499 mln. manat olub ki, bu da keçən ilin analoji dövründəkindən 2,49 dəfə çoxdur və kreditlərin 24,815 mln. (29,37%)  manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə hesabat dövründə təxminən 2,26% azalaraq 90,248 mln. manat olub.

 

2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin II rübündə bankın depozit portfeli 30,55% artaraq 302,707 mln. manata çatıb. Bu ilin iyulun 1-nə əhalinin əmanətlərinin həcmi isə 197,515 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 33,57% çoxdur.

 

Bir il ərzində bankın məcmu kapitalı 16,68 % artaraq 60,794 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 75,1 mln. manat təşkil edib.

 

Bu ilin 6 ayında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 45,3% artaraq 27,608 mln. manat, xərcləri isə 52,38% artaraq 27,318 mln. manata çatıb.

 

Bu ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 289 600 manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 31 filialı, 66 bankomatı, 519 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR