Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)”nın Bakıda yeni filialı fəaliyyətə başlayıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni filial Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsi, 52 ünvanında yerləşir.
Yeni filialda fiziki və hüquqi şəxslər geniş çeşidli bank xidmətlərindən istifadə edə bilərlər.
Filialın açılış mərasimində Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, “Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri iştirak ediblər.