Bakı. Musa Əhmədov - APA-Economics. “Başak-İnam Sığorta Şirkəti” ASC-nin lisenziyası dayandırılıb.
Nazirlikdən “APA_Economics”ə verilən məlumata görə, məcmu kapitalı qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması ilə əlaqədar “Başak-İnam Sığorta Şirkəti”nə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Azərbaycan Maliyyə Nazirliyinin müvafiq əmri ilə noyabrın 4-dən dayandırılıb.