Bank Of Baku

“DəmirBank” yeni “Güzəştli kredit” adlı kredit aksiyasına başlayıb

“DəmirBank” yeni “Güzəştli kredit” adlı kredit aksiyasına başlayıb
# 18 iyul 2014 07:16 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “DəmirBank” nağd pul krediti götürmək istəyənlər üçün “Güzəştli kredit” adlı kredit aksiyasına başlayıb. Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya 15 oktyabr 2014-cü il tarixinədək davam edəcək.

 

Aksiyanın şərtlərinə görə, 3000 manatadək nağd pul kreditinə illik faiz dərəcəsində 10% endirim təqdim edilir. Bundan başqa müştəriyə “DəmirTaksit” kartı pulsuz təqdim olunur.

 

Aksiya avtomobil, ipoteka, təkrar müştərilərə kredit və depozit əsaslı kreditlərə şamil edilmir. Müştəri aksiya çərçivəsində kredit məhsulundan bir dəfə yararlana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR