Bakı - APA-Economics. “Expressbank” əmanət çeşidi sırasını genişləndirərək, müştərilərə yeni “Mükafat” əmanətini təqdim edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilər yeni əmanət növü üzrə vəsait yerləşdirməklə həm Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanacaqlar, həm də daha çox gəlir əldə edəcəklər.
“Mükafat” əmanəti 1, 2, 3, 4 və 5 illik müddətə yerləşdirilə bilər.
Əmanətin illik faiz dərəcəsi müddətdən asılı olmayaraq 9% təşkil edir. Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Əmanət hesabı açmaq üçün minimum 500 manat/dollar tələb olunur.
Əmanətin xüsusi üstünlüyü ondan ibarətdir ki, müddət və faizlərin ödənilmə növündən asılı olaraq, müştərilər müqavilə müddətinin sonunda “Expressbank”dan əmanətin həcminin 15%-dək mükafat ala biləcəklər. Bundan başqa müştərilərə bank kartı da hədiyyə olunur.
Bankın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı var.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.