Bakı. Pərviz Nuriyev – APA-Economics. 2014-cü ilin II rübündə “Günay Bank” ın aktivlərinin həcmi 38,858 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,7% azdır.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə hesabat dövründə bankın kredit portfeli 1,24% artaraq 35,200 mln. manat olub.
İstehlak kreditlərinin həcmi 0,801 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 55,55% azdır.
Bu ilin 6 ayında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 5,2 dəfə artaraq 0,029 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 5,02% çoxalaraq 9,949 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 6,507 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 25,56% azdır.
Bir il ərzində bankın məcmu kapitalı 20,32% artaraq 16,308 mln. manata, nizamnamə kapitalı isə 38,93 % artaraq 18,094 mln. manata çatıb.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 8,54% artaraq 0,908 mln. manat, xərcləri isə təxminən 26,08% azalaraq 0,394 mln. manat təşkil edib.
Bu ilin ilk altı ayı ərzində bankın əldə etdiyi zərər 554 740 manat olub.
Hazırda bankın ölkə üzrə 1 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.