Bakı. Musa Əhmədov- APA-Economics. “Kapital Bank” və “GoldenPay” şirkəti hesab.az onlayn ödəniş portalının istifadəçiləri üçün yeni bir imkan yaradıb.
“APA-Economics”in məlumatına görə, bu portalda “Kapital Bank”ın ödəniş kartları ilə ödənişlər aparan müştərilər portalın təklif etdiyindən 3 qat artıq bonus xal qazanacaqlar. Bu bonuslarla hesab.az portalında keçirilən hərraclarda iştirak edərək xüsusi hədiyyələr əldə etmək olar. Bu məqsədlə portaldakı hərraclara “Kapital Bank” və “GoldenPay” şirkəti tərəfindən müxtəlif hədiyyələr çıxarılıb.
“Kapital Bank”ın bütün ödəniş kart sahibləri bu imkandan faydalana bilər.
Kampaniyada iştirak etmək üçün https://www.hesab.az səhifəsinə daxil olub, qeydiyyatdan keçmək və ödənişləri “Kapital Bank” kartları ilə aparmaq kifayətdir.
Kampaniyaya kommunal, mobil rabitə, internet, kabel TV ödənişləri daxildir. Kredit və sığorta ödənişləri üçqat bonus kampaniyasına daxil deyil.
Qeyd edək ki, kampaniya 3 sentyabr – 3 oktyabr tarixlərində keçirilir.
Xatırladırıq ki, hesab.az portalı kommunal, mobil və stasionar telefon, internet, kabel televiziyası və bir sıra digər ödənişləri onlayn ödəmək imkanı yaradır. Ölkənin ən böyük ödəmə portalı olan hesab.az “GoldenPay” şirkətinin brendidir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir.