Bank Of Baku

“PAŞA Həyat Sığorta” ASC həyat sığortası bazarını araşdırır

“PAŞA Həyat Sığorta” ASC həyat sığortası bazarını araşdırır
# 18 iyul 2014 17:51 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Sığorta bazarında ilk dəfə olaraq “PAŞA Həyat Sığorta” ASC peşəkar marketinq qurumu vasitəsilə həyat sığortası bazarını araşdırır. “PAŞA Həyat Sığorta”dan “APA-Economics”ə verilən məlumata görə, məqsəd  bazarın seqmentlərini təhlil etmək, nəticədə ehtiyac duyulan  və daha münasib yeni sığorta məhsulları hazırlayıb müştərilərə təklif etməkdir.

 

Şirkət sığorta bazarında ilk dəfə olaraq müasir tələblərə müvafiq peşəkar fəaliyyət göstərən  Çağrı Mərkəzinin yaradılması üzərində də iş aparır. Bundan başqa, “PAŞA Həyat Sığorta” ASC şirkətdə kadr hazırlığının, kadrların inkişafının, təlim və seminarların aparılması proseslərinin sistemləşdirilməsi istiqamətində də tədbirlər görülür. Həmçinin, biznes proseslərin və əməliyyatların tam avtomatlaşdırılması məqsədilə vahid İT platforması üzərində proqram təminatı hazırlanır.

 

Ümumiyyətlə, 2014-cü ildə “PAŞA Həyat Sığorta” hərtərəfli və dinamik inkişafın təmin edilməsi məqsədilə 4 iri layihə həyata keçirir. Şirkətdə layihələrin idarə olunması bölməsi yaradılıb və bütün proseslər planlaşdırma-icra-nəzarət ardıcıllığı ilə aparılır.

 

“PAŞA Həyat Sığorta” şirkətində həyat sığortası bazarında ilk dəfə olaraq risklərin idarə edilməsi sistemi yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR