Bank Of Baku

“Rabitəbank”ın aktivlərinin həcmi 24% artıb

“Rabitəbank”ın aktivlərinin həcmi 24% artıb
# 17 iyul 2014 13:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin II rübündə “Rabitəbank” ASC-nin aktivlərinin həcmi 268,388 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24,34% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin iyul ayının 1-nə nisbətən bu ilin eyni dövründə bankın kredit portfeli 42,81% artaraq 195,370 mln. manat təşkil edib. O cümlədən istehlak kreditlərinin həcmi 100,305 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 45,1% çoxdur.

 

Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 44,4% artaraq 8,623 mln. manat olub.

 

2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin müvafiq dövründə bankın depozit portfeli 34,7% artaraq 181,472 mln. manata çatıb. Bu ilin 6 ayında əhalinin əmanətlərinin həcmi isə 129,302 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 32% çoxdur.

 

Bir il ərzində bankın məcmu kapitalı 19,6% artaraq 52 mln. 578 min manata, nizamnamə kapitalı isə 13,75% artaraq 45 mln. 500 min manata çatıb.

 

Ötən ilin müvafiq dövrünə nisbətən bu ilin 6 ayında bankın gəlirləri və xərcləri 2,5 dəfə artıb. Hesabat dövründə bankın gəlirləri 30,766 mln. manat, xərcləri isə 28 mln. 613 min manat təşkil edib.

 

Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 2 mln. 153 min manat olub.

 

Hazırda bankın ölkə üzrə 24 filialı, 44 bankomatı, 460 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR