Bakı. Pərviz Nuriyev – APA-Economics. “Union Lizinq” ASC 5 mln. manat məbləğində istiqrazların emissiyasını planlaşdırır. Bu barədə “APA-Economics”ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
Ümumilikdə, hər birinin nominal qiyməti 1 000 manat olan 5 000 ədəd istiqraz buraxılıb.
İstiqrazların yerləşdirilməsi kütləvi təklif üsulu ilə həyata keçiriləcək.
Xatırladaq ki, QKDK lizinq şirkətinin təmin edilməmiş istiqrazlarının emissiya prospektini bu həftə qeydiyyata alıb.