Bank Of Baku

"Expressbank" keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb

"Expressbank" keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb
# 29 dekabr 2015 09:58 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” Facebook sosial şəbəkə istifadəçiləri arasında “SmileCard-la qış fürsəti” adlı müsabiqə keçirib.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, müsabiqənin qalibləri müəyyən olunaraq mükafatlandırılıblar.

 

Müsabiqə ərzində ən çox həcmdə nağdsız ödəniş edən 300 manat, ən çox sayda nağdsız ödəniş edən 200 manat, müsabiqənin ilk nağdsız ödəniş edən müştərisi isə 100 manat qazanıb. Qeyd edək ki, minimal ödəniş 10 manat olmalı idi və internet vasitəsilə həyata keçirilən onlayn ödəmələr müsabiqədə iştirak etməyib.

 

Müsabiqənin şərtlərinə görə, “SmileCard”la mağazalarda nağdsız alış-veriş edən müştərilər aksiyaya qoşula bilərdilər. Aksiya iştirakçısı olmaq üçün “SmileCard”ın Facebook səhifəsini (www.facebook.com/SmilecardTaksit) like etmək, müsabiqənin fotosunu bölüşmək (Share / Поделиться funksiyası), ad, soyad, əlaqə nömrəsi və sahib olduğu “SmileCard”ın 16 rəqəmli şifrəsinin son 6 rəqəmini Facebook səhifəsinin inbox-una göndərməklə, qeydiyyatdan keçmək zəruri idi.

 

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 400-dək “ExpressPay” ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR