Bank Of Baku

"Xalq Bank" nizamnamə kapitalını kəskin artırıb

"Xalq Bank" nizamnamə kapitalını kəskin artırıb
# 08 yanvar 2016 13:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Xalq Bank" 2015-ci il dekabr ayının 30-da nizamnamə kapitalının 211 646 490 manatadək çatdırılması üzrə proseduru sona çatdırıb.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, nizamnamə kapitalı bankın 2014-cü ildə əldə etdiyi xalis mənfəəti hesabına 7,4% artırılıb.

 

Nizamnamə kapitalının artırılması haqda qərar səhmdarların 26 noyabr 2015-ci il tarixli Ümumi Yığıncağında verilib. "Xalq Bank" ölkə banklarının renkinq cədvəlində nizamnamə kapitalının həcminə görə 3-cü yerdə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR