Bank Of Baku

ASA icbari sığorta qanunvericiliyinə dəyişikliklərin edilməsi üçün Maliyyə Nazirliyinə müraciət edəcək

ASA icbari sığorta qanunvericiliyinə dəyişikliklərin edilməsi üçün Maliyyə Nazirliyinə müraciət edəcək
# 04 noyabr 2014 14:04 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu gün “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin İcbari sığorta komitəsinin iclası keçirilib.

 

ASA-dan “APA-Economics”ə verilən məlumata görə, iclasda ASA-nın sədri Orxan Bayramov, o cümlədən adıçəkilən komitənin sədri - “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin üzvü Tural Əliyev, eləcə də komitənin digər üzvləri iştirak edib.

 

İclas iştirakçıları əsasən Azərbaycanda yaradılan Sığorta Tədris Mərkəzinin (STM) ekspert bazasının formalaşdırılması məsələsini müzakirə edib. Qərara alınıb ki, sığortanın ümumi əsasları, sığorta qanunvericiliyi, satış şəbəkəsinin idarə olunması, müştəri xidmətləri və satış texnikaları, sığorta hadisələrinin tənzimlənməsi, anderraytinq və təkrarsığorta, risklərin idarə olunması, aktuarlıq və həyat sığortası sahələri üzrə ekspertlərin toplanması üçün sığorta şirkətlərinə müraciət olunsun. Toplanılacaq ekspertlərə yerli və yaxud xarici mütəxəssislər tərəfindən təlim keçirilərək, onların STM-dəki seminarlara hazırlanması nəzərdə tutulub.

 

Təlimlərdən sonra hər bir ekspert öz sahəsi üzrə tədris proqramı hazırlayacaq və STM-lə bağlı atılacaq addımlar müəyyən ediləcək.

 

Bugünkü iclasda həmçinin STM-in 2015-ci il üzrə strateji proqramının növbəti iclasa qədər hazırlanmasına və qurumun gələn ilin əvvəlindən fəaliyyətə başlamasına qərar verilib.

 

Bundan başqa, komitənin iclasında icbari sığorta qanunvericiliyindəki istisna hallarla beynəlxalq təkrarsığorta sahəsindəki istisna hallar arasındakı fərqlər nəzərdən keçirilib. Bildirilib ki, bu fərqlər baş verə biləcək sığorta hadisəsi zamanı yerli sığorta şirkətlərinin xaricdən sığorta ödənişi almasını sual altına qoyur. İclasda qərara alınıb ki, fərqli istisna hallar bu həftənin sonunadək müəyyən edilsin, bununla bağlı çıxış yolunun tapılması və qanunvericiliyə dəyişiklik olunması üçün Maliyyə Nazirliyinə müraciət edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR