Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü avqust ayında daşınmaz əmlakın icbari sığortası üzrə 9 440, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 226, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 8 sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1 538 918 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 18 420 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 1 288 manat təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 50,56%, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 9,18% artım müşahidə edilib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 79,92%-i yaşayış evləri və mənzillər, 0,26%-i inzibati binalar, 19,82%-i digər daşınmaz əmlakla bağlı olub.