Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanda 2014-cü il avqustun 1-nə 2 493 ədəd bankomat quraşdırılıb.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ayla müqayisədə 17 ədəd və ya 0,69% çoxdur, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 125 ədəd və ya 5,28% çoxdur.
Cari ilin avqustun 1-nə bankomatların 1 399-u (keçən ilə nəzərən 4,72% artımla) Bakı şəhərində, 1 094-ü (keçən ilə nəzərən 6,1% artımla) isə digər şəhər və rayonlarda yerləşir.