Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği 11,7% artırılır.
Bunu “APA-Economics”ə İqtisadiyyat və Sənaye Nazirliyinin təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Cəmaləddin Quliyev bildirib.
Onun sözlərinə görə, “2015-ci il üçün ehtiyac meyarının səviyyəsi haqqında” qanun layihəsi ünvanlı sosial yardımın təyinatı üçün bu meyarın cari ildəki 94 manatdan 105 manatadək artırılmasını nəzərdə tutur.