Bank Of Baku

Azərbaycandakı kommersiya banklarının xarici borclanması artmaqda davam edir

Azərbaycandakı kommersiya banklarının xarici borclanması artmaqda davam edir
# 08 oktyabr 2015 15:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə  1 702,8 mln. manat və ya 37,48% artaraq 2015-ci ilin sentyabrın 1-ə 6 246,2 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin yanvarı ilə müqayisədə fevralda bankların məcmu xarici öhdəliklərin həcmi 2 532,6 mln. manat və ya 51,31% artıb. Fevral ilə müqayisədə martda bankların məcmu xarici öhdəliklərin həcmi 130,1 mln. manat və ya 1,74%, mart ilə müqayisədə apreldə 207,6 mln. manat və ya 2,83%, aprel ilə müqayisədə mayda 148,4 mln. manat və ya 2,08%, may ilə müqayisədə iyunda 353 mln. və ya 5,06%, iyun ilə müqayisədə iyulda 67,7 mln. manat və ya 1,02%, iyul ilə müqayisədə avqustda 315,2 mln. manat və ya 4,8% azalıb.

 

Göründüyü kimi, fevralda bankların xarici öhdəliklərinin kəskin artımı baş verib. Aydındır ki, bankların xarici borclanmasında kəskin artıma əsasən fevralın 21-də Azərbaycan Mərkəzi Bankının manatın məzənnə korreksiyası ilə bağlı qərarı təsir edib. Amma martdan başlayaraq bankların borclanması azalmağa başlayıb.

 

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2015-ci ilin sentyabrın 1-ə 4 442,6 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 395,6 mln. manat və ya 45,8% çoxdur. Məcmu xarici aktivlərin həcmində bu ilin iyul ayı ilə  müqayisədə avqustda 54,8 mln. manat və ya 1,22%-lik azalma baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR