Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin energetika nazirlərinin IV qeyri-rəsmi dialoq görüşündə iştirak etmək məqsədilə Bakıda səfərdə olan Moldovanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Adrian Kandu ilə görüşüb.
Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə tərəflər arasında mövcud iqtisadi əlaqələrə, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.