Bank Of Baku

BFB-də Azərbaycan Mərkəzi Bankının notlarının yerləşdirilməsi baş tutmayıb

BFB-də Azərbaycan Mərkəzi Bankının notlarının yerləşdirilməsi baş tutmayıb
# 24 iyul 2014 10:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics.  İyulun 23-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 30 mln. manat, hərraca çıxarılan həcmi – 5 mln. manat,  bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

BFB-dən “APA –Economics”ə verilən məlumata görə,hərracda 1 birja üzvü iştirak edib. Sifarişin nominal üzrə ümumi məbləği  5 003 800 manat təşkil edib.

 

Sifariş 99.9230% (gəlirlik 0.99%)  qiymətində təqdim edilib.

 

Hərrac emitent tərəfindən baş tutmamış hesab edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR