Bank Of Baku

Daha bir sığorta şirkəti nizamnamə kapitalını artırır

Daha bir sığorta şirkəti nizamnamə kapitalını artırır
# 04 avqust 2014 08:05 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “İpək Yolu Sığorta” ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 844 manat, sayı 17 500 ədəd, emissiyanın ümumi həcmi isə 14 770 000 manat təşkil edir.

 

Emissiya şirkətin hər birinin nominal dəyəri 691 manat olan 17 500 ədəd adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək.

 

Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 22,1% artacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR