Bakı. Pərviz Nuriyev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Sifarişlər 100.00% qiymətlə təqdim edilib.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 mln. manat məbləğində müəyyən edilib.
İstiqrazlar üzrə faiz gəlirliyi 4.25% təşkil edir. İstiqrazların ödəmə tarixi 21 iyul 2017-ci ildir.