Bank Of Baku

Manat dollar və avroya qarşı ucuzlaşmaqda davam edir

Manat dollar və avroya qarşı ucuzlaşmaqda davam edir
# 29 dekabr 2015 06:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün dekabrın 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 29-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 28-i ilə müqayisədə 0,11% və ya 0,0017 manat artaraq 1,5578 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,09% və ya 0,0015 manat artaraq 1,7094 manata yüksəlib.

 

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,05% və ya 0,0005 manat azalaraq 0,0216 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR