Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi 2015-ci il dekabrın 1-nə 18 744,3 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 592,4 mln. manat və ya 3,26% çoxdur.
Kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 2015-ci il noyabrın 1-ə olan göstərici ilə müqayisədə 177,9 mln. manat və ya 0,96% artıb.
Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi 2015-ci ilin noyabrın 1-ə 1 mlrd. 229,6 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 248,1 mln. manat və ya 25,28% çoxdur. Problemli kreditlərin həcmi noyabrın 1-ə olan göstərici ilə müqayisədə 72,3 mln. manat və ya 5,55% azalıb.
Vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 6,6% təşkil edir.