Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərpoçt” MMC gələn ildən pilot layihə çərçivəsində bir neçə şöbəsində mikrokreditlərin verilməsinə başlayacaq.
“APA-Economics”in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
“Bu layihə səmərəli olarsa, yenidən davam etdiriləcək”, - deyə nazir qeyd edib.
Ə. Abbasov əlavə edib ki, 2015-ci ildən tədricən əmanətlərin qəbuluna da başlaya bilər.