Bank Of Baku

Ötən ay BBVB-də xarici valyutalar üzrə elektron ticarətin həcmi 23,5 mln. manatdan çox olub

Ötən ay BBVB-də xarici valyutalar üzrə elektron ticarətin həcmi 23,5 mln. manatdan çox olub
# 10 sentyabr 2014 12:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin avqust ayında Bakı Banklararası Valyuta Birjası (BBVB) onun valyuta bölməsində USD/AZN_TOD aləti üzrə keçirilən hərraclarda 5 bank iştirak edib.

 

BBVB-dən “APA-Economics”ə verilən məlumata görə, hesabat ayında Birja Elektron Ticarət Sistemində ("BEST") 42 ticarət sessiyası keçirilib və 8 əqd qeydə alınıb. Hərracların həcmi 23,508 mln. manat və yaxud dollar ekvivalentində 29,973 mln. təşkil edib.

 

İyul ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 10,4 mln. manat və yaxud 30% azalıb.

 

BEST-də USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 1,427 mln. dollara çatıb, hər əqdin orta həcmi 3,747 mln. dollar təşkil edib.

 

Qeyd edək ki, hesabat dövründə birjada Azərbaycan manatının USD/AZN_TOD aləti üzrə ABŞ dollarına qarşı məzənnəsi dəyişilməz qalıb - hər USD görə 0,7829 manat təşkil edib. Milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi avqust ayında 0,7843 manata bərabər olub.

 

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən ötən ay 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 10,13%, ABŞ dolları üzrə isə 10,63% təşkil edib. BakİBİD tarifi 90 günlük müddətində manatla illik 4,86% və ABŞ dolları ilə 4,67% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR