Bank Of Baku

QKDK-da Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Qrupunun növbəti iclası keçirilib

QKDK-da Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Qrupunun növbəti iclası keçirilib
# 21 iyul 2014 13:59 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan prezidentinin 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icra statusuna dair aidiyyəti dövlət orqanlarının iştirakı ilə Əlaqələndirmə Qrupunun növbəti iclası keçirilib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, iclasda İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar, Təhsil Nazirlikləri, habelə Mərkəzi Bank, Əmlak Məsələləri Dövlət Komitəsi və Auditorlar Palatasının nümayəndələri iştirak edib.

 

İclası giriş sözü ilə açan QKDK-nın sədr müavini, Əlaqələndirmə Qrupunun rəhbəri İlqar Muradov Dövlət Proqramının əsas istiqamətləri və prioritetləri barəsində ətraflı məlumat verib.

 

İ.Muradov 2014-cü ilin I rübü ərzində görülmüş işlərdən danışıb. O bildirib ki, ölkənin qiymətli kağızlar bazarının dinamik inkişafında yeni imkanlar yaranıb. Sədr müavini Dövlət Proqramı çərçivəsində gələcəkdə qiymətli kağızlar bazarında institusional inkişaf səviyyəsinin yüksəldilməsi, maliyyə şəffaflığı prinsiplərinin və korporativ idarəetmənin tətbiqinin genişləndirilməsi və qiymətli kağızlar bazarında normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində sistemli şəkildə tədbirlərin davam etdiriləcəyini bildirib.

 

Daha sonra aidiyyəti dövlət qurumları tərəfindən 2014-cü ilin ilk yarımilliyi üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər barədə, həmçinin carı ilin sonuna qədər nəzərdə tutulmuş tədbirlərin icra mexanizmləri və bu istiqamətdə görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR