Bank Of Baku

Vergilər Nazirliyi "Asan İmza" mobil elektron imza vasitəsilə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması barədə təlimatı saytına yerləşdirib

Vergilər Nazirliyi  "Asan İmza" mobil elektron imza vasitəsilə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması barədə təlimatı saytına yerləşdirib
# 19 iyul 2014 07:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Vergilər Nazirliyi  "Asan İmza" mobil elektron imza vasitəsilə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması barədə təlimatı saytına yerləşdirib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, artıq "Asan İmza" mobil elektron imza vasitəsilə təşkilatın səlahiyyətli nümayəndələri tərəfindən əməkdaşlarla bağlanan əmək müqavilələri haqqında məlumatların daxil edilməsi və sonradan bu məlumatların işçilər tərəfindən əldə edilməsi mümkündür.

 

Səlahiyyətlini təyin edəcək rəhbər şəxslər və bildirişlər haqqında məlumatların “Asan İmza” vasitəsi ilə daxil edilməsini həyata keçirən səlahiyyətlilər üçün nəzərdə tutulan bu təlimatda həmin prosesin

mərhələləri əyani şəkildə ətraflı izah edilib.

 

Xatırladaq ki, iyul ayının 1-dən etibarən "Elektron hökumət" (www.e-gov.az) portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə

işəgötürənə məlumatın verilməsi", həmçinin "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" xidmətləri yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR