Bank Of Baku

Yığımları kəskin artan və azalan sığorta şirkətləri məlum olub - SİYAHI

Yığımları kəskin artan və azalan sığorta şirkətləri məlum olub - SİYAHI
# 31 oktyabr 2022 11:27 (UTC +04:00)

2022-ci ilin doqquz ayı üzrə Azərbaycan sığorta bazarında yığımları ən çox artan və azalan sığorta şirkətləri məlum olub.

APA-Economics”in araşdırmasına görə, 20 sığorta şirkətindən 8-nin yığımları azalıb, 12-nin yığımları isə artıb.

Son bir ildə sığorta yığımları ən çox azalan şirkət “Azərsığorta” olub – 42 milyon manat. Belə ki, sığorta şirkətinin yığımları bu ilin doqquz ayı üzrə 9,5 milyon manat olub. Halbuki, ötən ilin üçüncü rübü üzrə şirkət 51,5 milyon manat sığorta haqqı toplamışdı. Bu da ötən ildən etibarən dövlət icbari şəxsi sığorta növləri ilə bağlı yığımların toplanmasının “Azərsığorta”dan alınaraq Dövlət Sosial Müdafiə Fonduna həvalə olunması ilə bağlıdır.

Siyahıda ikinci olan “AtaSığorta”nın yığımları son bir ildə 61,2% və ya 5,7 milyon manat azalaraq 3,6 milyon manata düşüb.

Hesabat dövrü üzrə “Günay Sığorta”nın yığımları 29% və ya 2,3 milyon manat azalaraq 5,7 milyon manata, “Meqa Sığorta”nın yığımları isə 9,5% və ya 1,7 milyon manat azalaraq 16,8 milyon manata enib.

Sığorta yığımları azalan şirkətlər sırasında həyat sığorta şirkəti “Qala Həyat” da yer alıb. Şirkətin yığımları 1,1% və ya 168 min manat azalaraq 14,7 milyon manata düşüb. “Naxçıvan Sığorta” üzrə azalma müvafiq olaraq 0,2% və 4 min manat olub.

Sığorta yığımları ən çox artan şirkətlər siyahısında isə “PAŞA Həyat” birinci olub. Şirkətin yığımları son bir ildə 31,9% və ya 75 milyon manat artaraq 310,5 milyon manata çatıb.

“PAŞA Sığorta”nın yığımları 14,8% və ya 22,3 milyon manat artaraq 172,9 milyon manata, “Xalq Sığorta”nın yığımları isə 46,4% və ya 9,6 milyon manat artaraq 30,2 milyon manata çatıb.

“Atəşgah Sığorta” 28,7% və ya 4,9 milyon manat artımla siyahıda dördüncü, “İpək Yolu Sığorta” isə 30,4% və ya 4,5 milyon manat artımla beşinci olub. “Atəşgah Sığorta” bu ilin doqquz ayında 22,2 milyon manat, “İpək Yolu Sığorta” isə 19,4 milyon manat sığorta haqqı toplaya bilib. Tam siyahı isə belədir:

Sığortaçı

Yığımlar

III rüb/2022

min manatla

Yığımlar

III rüb/2021

Nisbi dinamika

Mütləq dinamika

Azərsığorta”

9 539

51 544

-81,5%

- 42 005

“AtaSığorta”

3 652

9 402

-61,2%

- 5 750

“Qala Sığorta”

33 423

36 318

-8,0%

-2 896

“Günay Sığorta”

5 669

7 989

-29,0%

- 2 321

“Meqa Sığorta”

16 757

18 509

-9,5%

- 1 752

“Qala Həyat”

14 728

14 895

-1,1%

- 168

"Naxçıvansığorta"

1 753

1 756

-0,2%

- 4

“Atəşgah Həyat”

36 558

35 685

2,4%

873

“AzSığorta”

9 286

8 382

10,8%

904

“Bakı Sığorta”

4 927

3 808

29,4%

1 119

Meqa Həyat Sığorta

1 646

339

385,5%

1 307

“Azərbaycan Sənaye Sığorta”

11 448

9 926

15,3%

1 522

"Xalq Həyat"

5 769

4 009

43,9%

1 760

“A-Qroup Sığorta Şirkəti”

13 201

10 399

26,9%

2 802

"Aqrar Sığorta"

7 740

3 984

94,3%

3 757

“İpək Yolu Sığorta”

19 355

14 847

30,4%

4 508

“Atəşgah”

22 186

17 237

28,7%

4 949

“Xalq Sığorta”

30 190

20 628

46,4%

9 562

“Paşa Sığorta”

172 884

50 626

14,8%

22 258

“Paşa Həyat Sığorta”

310 509

235 335

31,9%

75 174

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR