Bank Of Baku

Dmitri Medvedev Çeçenistanın keçmiş prezidentini Sloveniyaya səfir təyin edib

Dmitri Medvedev Çeçenistanın keçmiş prezidentini Sloveniyaya səfir təyin edib
# 29 sentyabr 2009 21:27 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedev Sloveniyaya yeni səfir təyin edib. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, prezidentin fərmanı ilə bu vəzifəyə Rusiya Xarici İşlər Nazirliyinin baş direktoru Doku Zavqayev təyin olunub.
Qeyd edək ki, 69 yaşlı D.Zavqayev 1995-1997-ci illərdə Çeçenistan Respublikasının prezidenti olub. 1997-ci ildə Rusiyanın Tanzaniyadakı səfiri, 2004-cü ildə Rusiya xarici işlər nazirinin inzibati-təsərrüfat və maliyyə məsələləri üzrə müavini təyin edilib. XİN-də aparılan struktur islahatlarından sonra sonuncu vəzifəsi nazirliyin baş direktoru adlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR