Bank Of Baku

Moldovada dövlət dilinin adı dəyişdirilir

Moldovada dövlət dilinin adı dəyişdirilir
# 30 sentyabr 2009 10:02 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Avropa Parlamentinin deputatları qarşısında çıxış edən Moldovanın yeni baş naziri Vladimir Filat bildirib.
Baş nazir bildirib ki, Moldova Konstitusiyasında ölkədə danışılan dilin moldav dili adlandırılması konyunktur təsəvvürlər altında baş verib və heç bir məna kəsb etmir: “Biz hər şeyi öz adı ilə çağırırıq. Amerikalılar ingilis dilində danışdığı kimi, Moldova vətəndaşları da rumın dilində danışırlar. Gələcəkdə dövlət dilinin adı hüquqi baxımdan moldav dilindən rumın dilinə dəyişdirilə bilər”.
Qeyd edək ki, Moldovanın dövlət dili latın əlifbalı moldav dilidir. Yalnız ölkənin separatçı Pridnestrovye bölgəsində kiril əlifbası saxlanılıb. Rəsmi Buxarest moldav dilini rumın dilinə identik saymır. Rumıniyada hesab edirlər ki, moldav dili rumın dilinin dialektlərindən biridir.
Moldovada dövlət dili məsələsi 1990-cı illərin əvvəlində ölkənin müstəqillik əldə etməsindən sonra prinsipial xarakter alıb və illərdir davam edən mübahisələrə səbəb olub. Ölkənin Rumıniya meylli yeni baş naziri Vladimir Filat Avropa parlamentindəki çıxışı ilə dövlət dilinin adının dəyişdirilməsi istiqamətində yaşıl işıq yandırıb. Maraqlıdır ki, onun ilk sərəncamlarından biri iki ölkənin sərhədində viza rejiminin ləğvi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR