Bank Of Baku

Minskdə MDB ölkələri miqrasiya orqanları rəhbərləri Şurasının toplantısı keçiriləcək

Minskdə MDB ölkələri miqrasiya orqanları rəhbərləri Şurasının toplantısı keçiriləcək
# 30 sentyabr 2009 14:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Oktyabrın 1-2-də Minskdə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin miqrasiya orqanları rəhbərləri Şurasının 6-cı iclası keçiriləcək. MDB İcra Komitəsi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda dünya iqtisadi böhranının miqrasiya sferasına təsirinin aradan qaldırılması sahəsində MDB miqrasiya orqanlarının əməkdaşlığı, dövlət başçıları Şurasının, hökumət başçıları Şurasının, Xarici İşlər Nazirləri Şurasının, miqrasiya xidmətləri orqanları rəhbərləri Şurasının qərarlarının yerinə yetirilməsi, əmək miqrantlarının, onların ailə üzvlərinin hüquqi statusu haqqında Konvensiyanın qüvvəyə minməsi üçün ölkədaxili prosedurların yerinə yetirilməsi məsələləri müzakirə olunacaq. İclasda həmçinin 2009-2011-ci illər üçün qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq proqramı çərçivəsində görülən işlər, readmissiya problemi üzrə ikitərəfli məsləhətləşmələrinin aparılması məsələləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR